26 avqust 2022 23:04
660

Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənliklərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Heydər Əliyev Fondu tərəfindən uşaqlar üçün təşkil olunan şənliklərdən görüntülər paylaşıb.

“İki sahil” xəbər verir ki, avqustun 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün növbəti şənlik təşkil edilib.