27 avqust 2022 11:52
784

Hikmət Hacıyev: Azərbaycan və Ermənistan arasında danışıqlar üç istiqamətdə aparılır

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bu ayın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfransda deyib.

"Biz ümid edirik ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Ancaq biz bütün bu proseslə bağlı Ermənistan tərəfindən tərəddüdlər görürük", - deyə o bildirib.

H. Hacıyev daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılmasına dair razılıq əldə olunduğunu xatırladıb: "Həmçinin, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri ayın sonunda Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər".

O, hazırda iki ölkə arasında danışıqların üç istiqamətdə aparıldığını açıqlayıb. Bura sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması daxildir.