Moldovanın nüfuzlu KİV-lərində Laçın şəhərində Azərbaycan bayrağının ucaldılması barədə xəbərlər yayımlanıb.
“Noi”, “Publika”, “Primele Stiri” və digər xəbər portallarında rumın və rus dillərində çap olunan məqalələrdə avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması qeyd olunub.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə paylaşım edib.
AZƏRTAC