28 avqust 2022 14:25
638

Şentop Sahibə Qafarovanı təbrik edib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.

Qeyd olunub ki, Şentop Laçın şəhərinin Azərbaycana geri qaytarılmasından məmnunluğunu ifadə edərək, ona təbriklərini çatdırıb.