29 avqust 2022 11:35
635

Britaniyanın yeni səfiri Bakıya nə vaxt gələcək?

Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Ferqus Old Obenin Bakıya gələcəyi vaxt bəlli olub.

“İki sahil” xəbər verir ki,  Britaniyalı diplomat avqustun 30-da Azərbaycana gələcək.

Qeyd edək ki, Ferqus Old Obe səlahiyyət müddəti bitən Ceyms Şarpı əvəz edəcək.

Ferqus Old Obe daha əvvəl Britaniya XİN-də Cənubi Asiya Departamentinin rəhbəri və Hindistan üzrə koordinator postunda çalışıb.
O, müxtəlif illərdə Britaniya XİN-də İstedad, Müxtəliflik, Öyrənmə və İnkişaf Departamentinin rəhbəri, Beynəlxalq Ekstremizm Departamentinin rəhbəri, eyni zamanda Moskvada müşavir və Yeni-Dehlidə Britaniya səfirliyində İqlim Dəyişikliyi və Enerji Bölməsinin rəhbəri postlarında çalışıb.