Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Zəfər Bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb:
"Qardaş Türkiyəni 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir və Türkiyənin müstəqilliyinin hər zaman möhkəm və sarsılmaz olmasını diləyirik".