ABŞ- ' ın Los-Anceles Dairəsinin Nəzarətçilər Şurası Azərbaycanın bu şəhərdəki sabiq baş konsulu, Los-Anceles Konsulluq Korpusunun keçmiş sədri Nəsimi Ağayevi fəxri fərmanla mükafatlandırıb.
"İki sahil" xəbər verir ki, bu barədə N. Məmmədov bildirib.
"Los-Anceles Dairəsinin Nəzarətçilər Şurası 10 milyondan çox sakini adından Azərbaycanın Los Ancelesdəki baş konsulu vəzifənizdə xalqa göstərdiyiniz xidmətə və Konsulluq korpusunun dekanı kimi göstərdiyiniz töhfələrə görə dərin minnətdarlığını bildirir.
Sizin fədakar xidmətiniz və rəhbərliyiniz Azərbaycan ilə Cənubi Kaliforniya arasında dostluq əlaqələrini daha da möhkəmləndirdi", - Nəzarətçilər Şurasının rəhbərliyi qeyd edib.
Öz növbəsində N. Məmmədov Azərbaycanı Los-Ancelesdə təmsil etməyin böyük şərəf olduğunu bildirib, hər kəsə davamlı firavanlıq, harmoniya və sülh arzulayıb.
Qeyd edək ki, N. Məmmədov avqustun 19-da Almaniyaya səfir təyin olunub.