30 avqust 2022 11:13
797

Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə bir qrup şəxsi təltif edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının mədəniyyət xadimlərinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncamda qeyd edilib:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər:

İsmayılov Haşimjon

Nəsirli Əli Heydər oğlu

Urinbayev Kamoliddin Turdimuratoviç.