Azərbaycan Baş prokuroru Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşdə Ermənistanın Araz çayının çirkləndirməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, Tehranda səfərdə olan Kamran Əliyev iranlı həmkarı ilə görüşdə Araz çayının ekoloji durumu ilə bağlı narahatlıqlarını dilə gətirib.
"Ekoloji məsələlərə gəlincə, siz erməni həmkarınızla görüşdüyünüzü dediniz, amma Araz çayında nə qədər vicdanlı olduqlarını bilmirəm, çünki onların Araza sənaye tullantıları axıtdıqları barədə xəbərimiz var”, o deyib.