“ABŞ Ermənistan və Azərbaycanı diplomatik əlaqələri aktivləşdirməyə və hərtərəfli sülh sazişinə nail olmağa çağırır”.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin mətbuat katibi Vedant Patel deyib.
“ABŞ Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təmin olunmasına sadiqdir”, - deyə Vedant Patel bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlə bağlı gözləntilər barədə danışarkən söyləyib.