31 avqust 2022 15:09
351

Mədə-bağırsaq xəstəlikləri ilə bağlı şikayətlər artır

"Günü-gündən mədə-bağırsaq xəstəlikləri ilə bağlı şikayətlər artır".

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.

O bildirib ki, hər bir yaş qrupunda bu əlamətlər ola bilər:

"Bu xəstəliklərin bir neçə səbəbləri var. Birincisi stress faktorudur. Güclü stressdən mədə xorası belə yarana bilər. Araşdırmalar göstərir ki, mədə-bağırsaq xəstəliklərinin 60 faizi sinir sisitemləri ilə bağlı problemlərdən qaydalanır. Digər tərəfdən yuxu rejiminin pozulması, gecə vaxtı yemək yeyilməsi də bu xəstəliyə səbəb olan faktorlardır".