01 sentyabr 2022 14:16
391

İtaliya ilə Azərbaycan arasında çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur

"İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur".

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: "Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb".