06 sentyabr 2022 15:06
652

Nərgiz Məmmədova Türkiyədə gümüş medal qazanıb

Sentyabrın 1-dən 5-dək Türkiyənin Təkirdağ şəhərində “Süleymanpaşa Cap” beynəlxalq yelkən turniri keçirilib.

“İki sahil” xəbər verir ki,  8 ölkədən 37 klub, 313 idmançının iştirak etdiyi yarışın “Country Cup” qızlar kateqoriyasında Azərbaycan idmançısı Nərgiz Məmmədova gümüş medal qazanıb.