12 sentyabr 2022 20:32
644

"Qarabağ" - "Nant" oyunu üçün 21 min bilet satılıb

Bakıda "Qarabağ" və Fransa "Nant"ı arasında keçiriləcək UEFA Avropa Liqasının G turunun II tur oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.