13 sentyabr 2022 10:40
535

Aİ Azərbaycan və Ermənistana çağırış edib

“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər və intensiv atəşlər dərhal dayandırılmalıdır”.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb.

“Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır”, - o bildirib.