13 sentyabr 2022 12:06
535

Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik təklif edib

Gürcüstan Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib.

"İki sahil" xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan vasitəçiliyə hazırdır:

“Biz bunda maraqlıyıq. Əgər Gürcüstan vasitəçi olsa, biz gərginliyin azaldılması üçün öz töhfəmizi verəcəyik”, - o, bildirib.