15 sentyabr 2022 21:08
704

Biləsuvarda şəhid Zöhrab Kərimov dəfn edilib 

Biləsuvar şəhərində şəhid əsgər Kərimov Zöhrab Azad oğlu dəfn olunub.

“İki sahil” xəbər verir ki,  əvvəlcə 2003-cü il təvəllüdlü şəhid Z.Kərimovla yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra şəhid böyük izdihamla Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.