Azərbaycanın səyləri regionda sülhün bərpa olunmasına yönəlib.
“İki sahil” xəbər verir ki, Brno Regional Tədqiqatlar İnstitutunun böyük elmi işçisi Maqdalena Karelova bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib.
Ekspert deyib: “Münaqişədən sonrakı nizamlama dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, etimadın bərpa olunması kimi bir çox məqamları əhatə edir. Lakin iki dövlətin xoş məramı sülh müqaviləsi ilə rəsmən təsbit olunmadan bu hədəflərə çatmaq mümkün deyil”.
AZƏRTAC-ın respondentinin fikrincə, sülh müqaviləsi bağlamağın vaxtı yetişib. Hər bir münaqişə, hətta uzun onilliklər boyu davam etsə də, həmişə sülhlə başa çatır. Ticarət etmək döyüşməkdən, sevmək nifrət bəsləməkdən həmişə yaxşıdır.
“İki ölkə “bəsdir deyincə” düşmənçilik edib, indi sülh müqaviləsi imzalamaq, dəqiq sərhədləri qeyd etmək, kommunikasiyaları açmaq, bir-birinin evinə getməyə başlamaq, ticarət etmək, zənginləşmək vaxtıdır. Biz Avropada bu yolu keçmişik. Mən əminəm ki, azərbaycanlılarla ermənilər də sülh bağlayacaqlar. Bunu sonraya saxlamaqdansa, indi etmək yaxışdır”, - deyən M.Karelova daha sonra əlavə edib ki, indi bu iki xalq vaxtilə avropalıların keçdiyi yolla gedir.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb