17 sentyabr 2022 17:34
629

İspan jurnalist: Ermənistan Qarabağda 30 il ərzində heç bir quruculuq işi görməyib

İki gündür ki, Azərbaycanın işğaldan azad etdiyi Qarabağdayıq. Burada gördüklərim məni şoka saldı. Çünki Ermənistan 30 il ərzində burada heç bir quruculuq işi görməyib.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində İspaniyanın "El Mundo" qəzetinin müxbiri Luis Miguel Hurtado söyləyib.

O qeyd edib: “Biz burada yalnız dağıdılmış yerlər gördük. Amma Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ciddi işlər həyata keçirib. Biz də görülən işlərin şahidiyik”.