18 sentyabr 2022 15:53
702

Daha bir strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır - VİDEO/FOTO

Zəngilan rayonu istiqamətində yerləşən daha bir strateji əhəmiyyətli yüksəklik ordumuzun nəzarəti altına keçib.

"İki sahil" xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən yüksəklikdə Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Həmin görüntüləri təqdim edirik.