“Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” qanun layihəsi Milli Məclisə payız sessiyasında daxil olacaq”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri Rəqabət Məcəlləsinin iş planına daxil olmaması məsələsinə aydınlıq gətirib və bildirib ki, iş planında olmasa da Rəqabət Məcəlləsi payız sessiyasında Milli Məclisə daxil olacaq.
“İkinci mühüm məsələ təklif edərdim ki, "Mikro və kiçik sahibkarlığın inkişafı haqqında" qanun layihəsini də biz iş planına daxil edək. Çünki məndə olan məlumata görə, bu qanun layihəsi də Milli Məclisə payız sessiyasında daxil olacaq”, - komitə sədri bildirib.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb