19 sentyabr 2022 16:31
512

Prezident Ermənistanın törətdiyi təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını bildirib

Müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatlar davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Küveytin yeni səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd edib.