19 sentyabr 2022 17:06
510

Nyu-Yorkda Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Nyu-Yorkda görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü "Twitter"də bildirib.

ABŞ tərəfinin təşəbbüsü ilə görüş bu gün baş tutacaq.

Görüşdə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.