Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Əlirza Bikdeli ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “Twitter“ səhifəsində məlumat yerləşdirib.
Bildirilib ki, ötən gün səfir Əli Əlizadə İranın xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlılarla iş üzrə müavini Əlirza Bikdeli ilə konsulluq sahəsi üzrə əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb