Rusiyanın Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı mövqeyi dəyişməzdir.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın Nasionalnaya Oborona jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Rusiyanın Zəngəzur nəqliyyat dəhlizinin tezliklə işə salınmasının zəruriliyi və onun eksterritorial statusu ilə bağlı mövqeyi dəyişməz olaraq qalır:
“Bu layihənin praktiki həyata keçirilməsi üçün Nikol Paşinyan hökuməti və yaxud onun yerinə gələcək hər kəs bununla hesablaşmalı və nəzərə almalı olacaq”, - deyə rusiyalı ekspert “Telegram” hesabında yazıb.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb