Sentyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq əlaqələri və Ermənistanın təxribatı nəticəsində bölgədə yaranmış gərginlik müzakirə edilib
Nazir Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanın davam edən və sülh prosesinə mane olan təxribatçı addımlarının davamı olaraq, sentyabrın 12-də Azərbaycanın mövqelərinə hücumları barədə məlumatlandırıb. Əldə edilmiş atəşkəsin Ermənistan tərəfindən pozulduğu və əlavə itkilərin yaşandığını vurğulayıb. Ölkəmizin post-münaqişə dövründə Ermənistan ilə mövcud problemlərin siyasi-diplomatik müstəvidə həllində maraqlı olduğunu qeyd edib.
Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Estoniyanın Azərbaycanla ikitərəfli münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Hal-hazırkı qeyri-sabit vəziyyətdən narahatlığını ifadə edən Estoniya xarici İşlər naziri, tərəfləri təmkinli davranmağa çağırıb, problemlərin dialoq yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də suverenlik və ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb