Qarabağ Dirçəliş Fonduna PR və kommunikasiya üzrə koordinator, mətbuat katibi təyin olunub.
Bu barədə “İki sahil”ə Fonddan məlumat verilib.
Qeyd olunub ki, bu vəzifəyə Babək Cahandarov təyinat alıb.
Xatırladaq ki, daha əvvəl qurumun mətbuat katibi vəzifəsini Pərvin Məmmədova icra edib. O, hazırda fəaliyyətini fondun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirir.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb