Xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
XİN-dən “İki sahil”ə verilən xəbərə görə, nazir Ceyhun Bayramov ölkəmizin İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və təşkilatla çox sıx əməkdaşlığın aparıldığını qeyd edib.
İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə ətraflı məlumat təqdim edilərək İKT tərəfindən vəziyyətlə bağlı verilmiş bəyanatın əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT ilə səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu bildirilib.
Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni xüsusilə qeyd edib. O, cari ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.
Görüşdə, həmçinin İƏT çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional vəziyyət və təşkilat çərçivəsində ölkəmizlə birgə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə tədbirlər planları ətrafında fikir mübadiləsi aparılıb.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb