İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.
“Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”, - dövlət başçısı qeyd edib.
Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edilib
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb