21 sentyabr 2022 22:06
570

Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması məlumatları əsassızdır - MN

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır. Bu məlumatları qəti surətdə təkzib edirik.

Bu barədə "İki sahil"ə Müdafiə Nazirliyindən bildirilib.

"Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.