“Google” internetdə ən çox ziyarət edilən səhifədir! Təkcə bu yox, həm də Google axtarışında 5-ci yer. Kim “Google”da “Google” axtarır? Görünür, çox adam var!
“Google” böyük bir rəqəmdir. “Google” adını 1-dən sonra 100 sıfır olan quqol-dan alır! Bu quqoldur: 10000000000000000000000000000000000000000000000000000000000000000000000000000
Buna on duotrigintillion da deyilir.
“Google” - təkcə rəqəm adı deyil, həm də ingilis dilində bir sözdür. O, Oksford lüğətinə internetdə nəyisə axtarmaq mənasını verən feil kimi əlavə edilmişdir.
“Google” qarajda fəaliyyətə başlayıb. “Google” trilyon dollar dəyərində nəhəng şirkətə çevrilməzdən əvvəl onların ofisləri qarajda yerləşirdi. Nə böyük kompüter sistemləri vardı, nə də gözəl avadanlıq, sadəcə iki dost və Yoşka adlı bir it. Əslində, işə başlayanda o qədər az pula sahib idilər ki, ilk kompüterlərini LEGO qutusunda saxlayırdılar. O zamanlar “Google”un bütün məlumatları burada saxlanılırdı.
“Google” “gülməyi” sevir. “Google”un çoxlu kiçik gizli zarafatları var. Sadəcə “Google”da "Do a Barrel Roll" axtarmağa çalışın və görəcəksiniz.
“Google” robotlarla işləyir. “Google X” loqosunu yəqin ki, görmüsünüz. “Google” yeni növ öyrənmə robotu yaratmaq istəyir və onun həyata keçirilməsini hədəfləyən “X” adlı öz bölməsi var.
Klinqonca danışa bilirsinizmi? “Google”da demək olar ki, istənilən dili, o cümlədən uydurma dilləri quraşdıra bilərsiniz. Orada klingon, piqqi latın, pirat və hətta Elmer Fudd dili var!
“Google” xəritələri haqqında hamımız bilirik. “Google” hətta Marsın səthinin xəritəsini yaradıb. Siz Qırmızı Planeti “google.com/mars” keçidində görə bilərsiniz.
“Google”un Kaliforniyadakı baş ofisində “Tyrannosaurus Rex” skeletinin real ölçülü modeli var. Bu tirranozavrın maketi görünüş üçün olmaqla yanaşı, nə qədər böyük olmağınızdan asılı olmayaraq, bir gün öləcəyinizi xatırladır.
İnsanlara ot biçmək üçün pul vermək əvəzinə, “Google” şirkəti ofislərinin ətrafında ot yemək üçün yüzlərlə keçi gətirir. Deyirlər ki, təxminən eyni pula başa gəlir, amma qazon biçənlərdən qat-qat gözəl görünür.
Nubar Süleymanova, “İki sahil”