23 sentyabr 2022 17:52
900

“Elmlər Akademiyası” stansiyasına giriş bağlanmayıb - Metropoliten rəsmisi

“Elmlər Akademiyası” metro stansiyasında sərnişin axınının çoxluğunu nəzərə alaraq, tənzimlənmə mexanizmləri sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

“İki sahil” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Bəzi şayiələr yayılır ki, guya stansiyanın girişi tam bağlanılıb, içəri adam buraxılmır. Belə bir hal yoxdur. Tam məhdudlaşdırmadan söhbət getmir", -B. Məmmədov deyib.