26 sentyabr 2022 16:36
501

Yaşıl çayda bu xəstəliyin dərmanı tapıldı

Kaliforniya universitetinin alimləri yaşıl çayda beyində zülal aqreqatlarını parçalayan molekul tapıblar.

“İki sahil” xəbər verir ki, bu zülallar Alsgeymer xəstəliyinə səbəb olur. Qallat epiqallokatexin adlı molekul tay zülalların uzun lifini dağıdır. Onlar kələfə çevrilərək neyronların ölümünə səbəb olur.

Yeni elmi araşdırmada, alimlər digər molekul kəşf ediblər, onlar EGCG kimi işləyir, amma beyin toxumasına daha rahat keçirlər. Alimlər Alsgeymerdən ölmüş insanların beynində tay-zülal aqreqatını çıxarıb, onları EGCG ilə inkubə ediblər.

3 saatdan sonra liflər parçalanıb, 24 saat sonra fibrilyar kələflər dağılıb. Daha sonra kompüter modeldə 60 min molekul kitabxanası incələnib. Məlum olub ki, belə molekullar yaşıl çayda var. Ona görə yaşıl çayın Alsgeymerə təsiri araşdırılmalıdır.