28 sentyabr 2022 15:49
420

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə təlim keçiriləcək

Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə təlim keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə MN-in Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin sentyabrın 28-də Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili ilə görüşünə dair yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.