28 sentyabr 2022 23:56
438

Kabuslar ciddi bir xəstəliyin əlamətidir?

Alimlər müəyyən ediblər ki, insanın gecə yarısı yuxudan oyanmasına səbəb olan kabuslar təkcə xoşagəlməz hal deyil, həm də gələcəkdə ciddi xəstəliyin inkişafının mümkün əlamətidir.

Birminqem Universitetinin tədqiqatçıları iddia edirlər ki, təfəkkür və yaddaş problemlərinin yaranmasından və demensiyanın başlanğıcından bir neçə il və hətta onilliklər əvvəl bir insanın kabuslar görməyə başlaya bilər.

Bu, vacib bir müşahidədir, çünki orta yaşda artıq müəyyən edilə bilən demensiyanın inkişaf riskinin çox az göstəricisi məlumdur.

Elm adamları pis yuxuların demensiyanın inkişaf riski yüksək olan şəxslərin müəyyən edilməsində faydalı ola biləcəyinə inanırlar.

Bu, mümkün qədər tez profilaktikaya başlamağa kömək edəcək, bu da xəstəliyin inkişafını ləngidir.

Tədqiqatın müəllifləri ABŞ-dan olan üç əhali qrupunun məlumatlarını öyrəniblər. Onların arasında yaşı 35-dən 64-ə qədər olan 600-dən çox yetkin kişi və qadın, 79 və daha yuxarı yaşlı 2600 nəfər var idi.

Tədqiqatın əvvəlində heç bir iştirakçıda demensiya yox idi. Gənc qrupdan olan könüllülər orta hesabla 9 il, yaşlı iştirakçılar isə 5 il izlənilib.

2002-2012-ci illər arasında məlumatlar toplanılıb. İştirakçılar insanların nə qədər tez-tez pis yuxular gördüyünə dair sualı ehtiva edən Pittsburq Yuxu Keyfiyyəti İndeksi də daxil olmaqla bir sıra anketləri doldurublar.

Tədqiqat hər həftə pis yuxular görən orta yaşlı insanların (35-64 yaş) növbəti onillikdə koqnitiv geriləmə diaqnozunun 4 dəfə daha çox olduğunu müəyyən edib. Eyni zamanda, daha çox kabus görən yaşlı insanlarda demensiya diaqnozu qoyulma ehtimalı iki dəfə yüksək olub.

Gələcəkdə, tədqiqatçılar gənc insanlarda kabusların gələcəkdə demensiya riski ilə əlaqəli olub-olmadığını araşdırmağı planlaşdırırlar.

Bundan əlavə, işin müəllifləri elektroensefaloqrafiya (EEQ) və maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə etməklə həm sağlam insanlarda, həm də demensiyalı insanlarda pis yuxuların bioloji əsaslarını öyrənməyi planlaşdırırlar.

Böyük Britaniyadan olan tədqiqatçıların yeni işi “eClinicalMedicine” jurnalında dərc olunub.

Nubar Süleymanova, “İki sahil”