28 sentyabr 2022 21:09
433

Müdafiə Nazirliyi məlumat yaydı

Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyindən bildirilib: Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb.