Rusiya prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə Belarusun Abxaziya və Cənubi Osetiyanın tanımasını müzakirə etməyib.
“İki sahil” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskva Belarusun Krımın Rusiyanın tərkib hissəsi kimi tanıması ilə bağlı sərbəst və vaxtında qərar qəbul etməsini gözləyir.
Kremlin sözçüsü Putin və Lukaşenkonun Soçidə keçirilən görüş zamanı Belarusun Krımı Rusiya ərazisi kimi tanımasını müzakirə etmədiyini söyləyib.