29 sentyabr 2022 16:41
407

Paytaxtın Göyüş Qarayev küçəsi təmir edilir FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Badamdar qəsəbəsindəki Göyüş Qarayev küçəsinin təmirinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 290 metr olan adıçəkilən küçənin təmir işləri çərçivəsində köhnə örtüyün sökülərək kənara daşınması, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi işləri icra olunur.

2021-ci ildə Səbail rayonu üzrə ümumilikdə 9 kilometrə yaxın küçədə təmir işləri aparılıb. Cari ildə isə rayon üzrə ümumi uzunluğu 5 kilometr təşkil edən küçələrin təmiri işləri aparılır.