30 sentyabr 2022 02:38
701

Yerə ən çox bənzəyən planet kəşf edilib

Tiqarden ulduz sistemi Günəşdən təxminən 12,5 işıq ili uzaqlıqda yerləşir. Maraqlıdır ki, Tiqarden sistemində astronomlar bir anda iki ekzoplanet kəşf ediblər. Onlardan biri Yerə çox bənzəyir.

Göründüyü kimi, dövrümüzün əsas hadisəsi əlavə terraformasiya olmadan Yer üzünün kolonistlərini qəbul edə biləcək ekzoplanetin kəşfi olacaq. Zəif avadanlıqlara görə astronomlar hələlik yalnız yaşayış üçün əlverişli zonalar deyilən planetlərin şəkillərini çəkə bilirlər.

Son zamanlar Yerin “əkizinin” kəşfi ilə bağlı bir neçə məqalə dərc olunub. Bu, həqiqətdirmi?

Bir sıra elm adamları bu planetin yaşamaq indeksini 95%-ə qədər yüksək qiymətləndirirlər ki, bu da digər məlum ekzoplanetlər arasında  (Yerdən sonra) ən yüksək göstəricidir. Lakin, eyni zamanda, müxtəlif modellər göstərir ki, “Tiqarden b” planeti Yer ilə yalnız 60% oxşardır. Çox güman ki, bu planetin səthində maye və eləcə də nisbətən mülayim temperatur mövcuddur.

Planet qırmızı cırtdan ətrafında fırlanır və orbit ulduza o qədər yaxındır ki, “Tiqarden b” cəmi 5 Yer sutkası ərzində ulduzun ətrafında tam bir dövr edir.

Tiqarden ulduzu o qədər kiçik və sönükdür ki, onu faktiki olaraq qəhvəyi cırtdan (sönmüş ulduz və planet arasındakı sərhəd vəziyyəti) kimi tanımaq olar.

Ancaq planetin aşkar üstünlükləri ilə yanaşı, mənfi cəhətləri də var. Planetin ulduza baxan bir tərəfi var ki, bu da planetdə son dərəcə güclü əlaqələr yaradır. Həm də planetdə, çox güman ki, səthin bir hissəsi çox isti, əksi isə buzlu cəhənnəmdir. Nisbətən sabit potensial yaşayış zonaları isə işıqlı və qaranlıq tərəflərin sərhədlərində yerləşən dar zolaqlardır.

Astronomlar ekzoplanetdə Van Allen Radiasiya Kəmərini aşkar edə bilmədilər. Bu da planetin potensial olaraq yaşamaq üçün son dərəcə xoşagəlməz bir yer olduğuna işarədir.  Əgər həqiqətən də Van Allen şüalanma qurşağı yoxdursa, kosmik radiasiya bu planeti həyat üçün son dərəcə əlverişsiz bir yerə çevirə bilər.

Nubar Süleymanova, “İki sahil”