29 sentyabr 2022 17:16
305

"Liverpul"un futbolçusu qarət edildi

"Liverpul"un futbolçusu Aleks Oksleyd-Çemberleyn qarət edilib.

"İki sahil" "Standart"a istinadə xəbər verir ki, hadisə futbolçu, xanımı və körpələri evdə olarkən baş verib.

Malikanəyə girən oğrular qızıl və digər qiymətli əşyaları aparıblar.

Polis hadisəni araşdırmağa başlayıb. Ancaq hələlik cinayətkarları tapmaq mümkün olmayıb.