Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 26 nömrəli marşurut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçən 83 yaşlı Rəhilə Zeynalovanı vurub.
Qadın xəstəxanaya çatdırılıb. Onun ayaqları amputasiya edilib.
O, cərrahi əməliyyat zamanı dünyasını dəyişib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub