30 sentyabr 2022 00:02
357

Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir - Borrell

Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Rusiya Ukraynanın bərpası üçün pul ödəməlidir.

“Ən vacibi Ukraynanı necə bərpa etmək barədə düşünməkdir və şübhəsiz ki, Rusiya bunun əvəzini ödəməlidir”, - deyə Borrell qeyd edib.

Onun fikrincə, Avropada təhlükəsizlik strukturu yenidən qurulmalıdır və bunun üçün Ukraynada münaqişəyə son qoymaq lazımdır.

Aİ diplomatiyasının rəhbəri hesab edir ki, bu münaqişə bitdikdən sonra Rusiya tərəfi ilə danışıqlar masasına oturmaq çox çətin olacaq.