Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.
Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.
Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub