04 oktyabr 2022 16:34
227

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 654 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İki sahil”ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 951, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 424, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 90 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 894 264, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 010, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 380 227, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 936 nəfər təşkil edir.