04 oktyabr 2022 17:11
492

Səhər bunları YEMƏYİN

Sinir, əsəb, psixi problemlərə qarşı səhər yeməyində nə yeyəcəyinizə fikir verəcəksiz.

“İki sahil” xəbər verir ki, alimlər yeni elmi araşdırmada səhərlər evdə yeməyin faydalarını sübut edib. Amma səhər yeməyində bu 3 qidadan imtina etmək lazımdır. Onlar psixoemosional vəziyyəti pisləşdirir.

Alimlər 21 min tələbə üzərində eksperiment aparıb: "Səhərlər yumurta, kolbasa, pendir, tost çörək yeyənlərdə davranış və psixoloji dayanıqlıq pozulub. Süd, kakao, yoqurt, yulaf, sıyıq yemək isə psixoloji amillərə təsir etməyib. Ona görə stresli işdə çalışanlar, psixoz və nevroz insanlar səhərlər daha yüngül qidalar qəbul etməlidir. Səhər qayğanaq, kolbasa, ət olmaz. Bunları yedikdən sonra beynin işində geriləmə yaranır, insan stresə az davamlı olur".