Dünya Bankı (DB) Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Avropa və Mərkəzi Asiya İqtisadi Yeniləmə” hesabatında qeyd edilib.
Dünya Bankı iyun proqnozu ilə müqayisədə 2022-ci il üçün ümumi daxili məhsul (ÜDM) istehsalının artım proqnozunu 1,5% artıraraq 4,2 % müəyyən edib.
Bank 2023-cü il üzrə iqtisadi artım proqnozunu isə 0,6% yaxşılaşdıraraq 2,8 %-ə çatdırıb. Dünya Bankı 2024-cü ildə isə Azərbaycan iqtisadiyyatının 2,6 % artacağını proqnozlaşdırıb.
bp şirkəti ilə neft-qaz və “yaşıl enerji” üzrə birgə layihələrin icrası müzakirə edilib
Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb VİDEO/YENİLƏNİB
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara əlavə xidmətlər göstərəcək
“AzerGold” tərəfindən Naxçıvanda aztəminatlı ailələrə bayram sovqatı təqdim edilib