11 oktyabr 2022 17:48
2729

C vitamini ilə zəngin 9 qida

İnsan orqanizmi üçün hər gün 100 qram C vitaminli meyvə-tərəvəz qəbul etmək faydalıdır.

“İki sahil” xəbər verir ki, rusiyalı həkim payızda vacib olan C vitamini ilə zəngin qidaları sadalayıb:

"C vitaminli qidalar oynaq problemi və artrit, artrozların qarşısını ala bilər. Tədqiqatlar göstərib ki, C vitamini kollagenin saxlanmasını təmin edir, bu da qığırdaqlar üçün vacibdir. C vitamini defisiti isə iltihabi artritin və oynaqların zədələnməsinə səbəb olur. C vitamini az qəbul edənlərdə artrit riski 3 dəfə yüksəkdir.

Bu 9 qidanın qəbulu C vitamini tələbatını ödəyə bilər. Bunlar bolqar bibəri, portağal, kivi, ananas, kələm, brokkoli, gül kələmi, itburnu, lobya, cəfəridir.

Artıq artriti olan insanlara da xüsusən brokkoli və itburnu faydalıdır."