11 oktyabr 2022 22:57
855

Milli fikir, milli düşüncə fədailəri Kamal Camalov yaradıcılığında

“Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyanın müəllifi Kamal Camalov Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi sahəsində səmərəli işlər görən, gərgin zəhməti hesabına fundamental tədqiqat əsərlər ərsəyə gətirən alimlərdəndir.

Pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalov sovet totalitar rejimi dövründə olmazın təqib və təzyiqlərə məruz qalan, güllələnən, uzaq Sibirlərə sürgün edilən Firidunbəy Köçərlinin, Ömər Faiq Ne­man­za­dənin, Salman Mümtazın, Hüseyn Ca­vidin, Yusif Vəzir Çəmən­zə­minlinin, Hənəfi Zeynal­lının, Tağı Şahbazi Si­murğun, Seyid Hüseynin və b. nakam ömür və yaradıcılıq yollarını, ma­arif­­çilik uğrunda apardıqları gö­rüş­ləri tədqiq və təhlil obyektinə çevirmişdir.

On doqquz çap vərəqində və 305 səhifəni əhatə edən “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyanın elmi redaktoru ictimai-siyasi xadim Vasif Talıbovdur. Rəyçilər isə pedaqogika elmləri doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov, pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Rüfət Hüseynzadə və professor İramin İsayevdir. “Əbədiyaşar simalardan bəhs edən dəyərli əsər haqqında bir neçə söz” adlı ön sözün müəllifi isə filologiya elmləri doktoru, professor, əməkdar müəllim, AMEA-nın müxbir üzvü Əbülfəz Aman oğlu Quliyevdir. Əsər giriş, beş fəsil və son sözdən ibarətdir.

Müəllif faktlı, predmet və konseptual şərhdə haqlı olaraq qeyd edir ki, Azərbaycan mədəniyyəti, maarifi və ictimai fikir tarixinə qı­­­­zıl hərflərlə yazılmış maarifçi pedaqoqların yaradıcılığı, bü­tün ruhu etibarı ilə, müasirləri tərəfindən nə qədər qəbul edil­miş­­lərsə, bir o qədər də haqsız konspretiv­lik tənqid, şər və böh­­­­­­­­­tanlara məruz qalmışlar. Ancaq bütün bunlara rəğmən rep­res­­­­­siya qurbanları Azərbaycan xalqının milli mənlik şüu­ru­nun oya­dılmasına, milli fikrə, milli düşüncə hərəkatına, türkə və türkçülüyə, genə və genetik koda, millətə və xalqa sədaqət ruhunu əsirgəməmişlər.

Yenə də tədqiqatçı alim çox haqlı olaraq qeyd edir ki, repressiya qurbanları heç bir millət və xalqlara nifrət, kin, əda­­vət hissi bəsləməmişlər. Şovinist ruhlu olan yazıçı, şair, dra­­maturq heç bir zaman azərbay­can­lı­larla ya­na­şı, müsbət rus, gür­­cü, çeçen, ləz­­­­­­gi, fars, ərəb, öz­bək, al­man, fransız və baş­qa xalq­­­­la­rın nümayən­də­lə­rini əsərlərində mədh etməz və ya şəxsi dost­luq ənənələri, münasibətləri qurmazdılar. Onlar ancaq çarizmə və ya hakim rus şo­­­vinizminə qar­şı kəskin nifrət hissi bəsləmiş və ölümünə mü­ba­rizə apar­mış­lar. Millət öndərləri si­yasi-ic­ti­mai məramdan tutmuş, ayrı-ayrı mə­­­­­­­­­nə­­­vi əx­­­­­­la­­qi si­fət­lə­rə qədər, bü­tün varlığı ilə xalqa, ata-babaların mütə­rəqqi, gö­zəl, nə­­­cib adət-ənə­nə­lə­ri­nə, doğma ana dilinə bağlı olmuş, qon­­­­darma olan ənənələrə, za­lımlığa, qəddarlığa, irqçiliyə, möv­­hu­mat­çı­lı­ğa, tərəqqi meyl­­lərə qarşı olanlara isə bəzən sərt, bə­zən sar­kazm, gahdan üstü örtülü, daha çox isə açıq bir dillə söh­bətlər aç­­mış, mü­ti­lik, üfu­nət iyi ve­­­­­­­­rən halla­ra qarşı ba­rış­maz ol­muş­lar.

Forma və məzmununa, elmi dəyərinə görə oxunaqlığı artıran monoqrafiyada əsasən Azərbaycanda milli ideologiyanın in­­kişa­fın­da repressiya qurbanlarının apardıqları mübarizələr qrup­­­laşdırılmış; repressiya qurbanlarının yaşayıb fəa­­liyyət gös­­­­tərdiyi mühiti, ictimai-siyasi baxışları və yaradı­cı­­­lıqlarının ide­­­ya mənbələri tədqiq-təhlil süzgəcindən keçirilmiş; repres­si­ya qur­­­­banlarının pe­daqoji ideyaları və fəaliyyəti elmi peda­qo­­ji as­­pektdən təh­­lil edilmiş; Azərbaycan məktəblərində ana di­­li­nin tədrisinin zə­­­ruriliyi və əhəmiyyəti haqqındakı fikirləri təh­­lil edilərək el­mi ümu­mi­ləş­dirmələr aparılmış; müəllimlik fəa­­­liy­yəti, həm­çi­­nin müəllim şəxsiyyəti və müəllim hazırlığı haq­­qın­da olan fi­kir­ləri diqqətə çatdırılmış; təlimin ma­hiy­yəti, məz­­­munu, prin­sip və metodları, ümumi, icbari, pulsuz olması ilə bağlı repres­siya qur­banlarının fikirləri səciyyələndirilmiş; rep­­res­­si­ya qurbanla­rı­nın tərbiyənin məqsədi, məzmunu, ma­hiy­­­yə­ti və kom­po­nent­lə­ri ilə bağlı ve­ril­­miş fikirləri müqayisəli şə­­kildə öy­­rə­nil­miş, həm­çi­nin vətənpərvərlik, humanizm, yol­daş­­­lıq-dost­­luq, ailə, əmək tər­­biyəsi, müsbət əxlaqi normalar aşı­­lamaq yol­larının üsul, va­si­tə və tərzləri üzə çıxarılmış, müa­­­­sir pe­da­qo­ji tə­ləblər ba­xı­mın­dan sistemləş­di­rilmiş; xalq pe­da­qo­gi­ka­sın­­dan istifadənin əhəmiyyəti, təs­vi­ri, təşəkkülü və in­ki­şa­fı rep­­­res­si­ya qurbanlarının milli və bəşəri dəyərlər gö­rü­şü ba­xı­mından də­yər­lən­diril­miş, uşaq­­­­­­­­­­­­la­rın mil­­li ruh­­da tər­­bi­yə­­si mə­sə­lə­ləri, həmin tər­bi­yə­vi ör­nək­­lərin rolu müəyyən edil­miş; onların pe­daqoji ide­ya­la­rı­nın müasir dövr üçün əhə­miy­yətlilik dərəcəsi işıqlan­dırıl­mış­dır.

Monoqrafiyada fərqli mülahizələr, kon­sep­si­ya­lar prob­lemin tədqiqində yeni fikirlərin formalaşmasına im­kan ya­rat­mışdır. Başqa sözlə desək, problemi araşdırmaya cəlb edən tədqiqatçı alim sələflərin elmi-nəzəri nəticələrini ye­ni mülahizələrilə daha da zənginləşdirməyə ça­lış­mış­dır və məqsədinə çatmışdır. Nə­ti­cə­­də yuxarıda qeyd etdiyimiz kimi pedaqoji fikrin inkişafı sahəsində yeni elmi konsepsiyalar yaranmışdır.

Xalq pe­da­qo­gi­ka­sın­­dan istifadənin əhəmiyyətini, təs­vi­rini, təşəkkülü və in­ki­şa­fını rep­­­res­si­ya qurbanlarının milli və bəşəri dəyərlər gö­rü­şü ba­xı­mından də­yər­lən­dirən, uşaq­­­­­­­­­­­­la­rın mil­­li ruh­­da tər­­bi­yə­­si mə­sə­lə­lərini, həmin tər­bi­yə­vi ör­nək­­lərin rolunu müəyyən edən; onların pe­daqoji ide­ya­la­rı­nın müasir dövr üçün əhə­miy­yətlilik dərəcəsini işıqlan­dıran Kamal Camalov Firidunbəy Kö­­­­çərlinin 1912-ci il­də “Ba­­la­lara hə­diy­­yə” adlı dərs­­­­lik kitabçasına nəzər salır. Monoqrafiyada göstərilir ki, Firidunbəy Kö­­­­çərlini daha çox narahat edən məsələlərdən biri də xalqın ya­­­rat­­dığı gö­zəl, mən­­­­zum və hik­mət­­­li söz­lərə, tap­ma­ca­lara, ya­nılt­mac­lara, sa­­­­­yaçı söz­­lərə, na­ğıl və das­tanlara laqeyd münasibət göstərilməsidir. Firidunbəy həyəcan təbili çalır. Həyəcan təbilinə sə­­­bəb­lər­dən biri xalqın mə­­nə­vi xəzinəsi sayılan xalq pedaqogikası nü­munələrinə bir “para bi­qeyd” ziyalıların laqeyd­liyidisə, digər səbəb isə belə laqeyd­li­yi görüb üz­də­ni­raq qon­şu ermənilərin xalqın bu kimi məx­susi ma­lını özəl­­­ləşdirmələri idi. Kamal Camalov Firidunbəy Köçərlinin kitabın müqəd­di­­mə­sin­­də öz ürək sözlərini necə ifadə etdiyini aşağıdakı kimi göstərir: “Keç­miş­də şan və qüvvət sa­hibi olan türk milləti öz məi­şə­ti­nə, ayin və adətinə dair ya­rat­dı­ğı qisim-qisim nəql və he­­ka­yələr, gözəl mən­zum və əviy­yat­lar, hik­mə­ta­miz mə­­səl­lər (atalar söz­ləri), nazik mə­na­lı mü­əm­­­ma və tap­­ma­calar, ba­laların qəlbini açan düzgülər və ya­nılt­mac­­­lar, heyvanat qis­mi­nə məxsus sayaçı söz­ləri mü­ru­ri əy­yəm­lə xati­rə­lər­dən çıxıbdır və bu halda unu­­dul­­maq­da­dır. O mil­lət ki, öz tarixini, do­la­na­ca­ğı­nı, və­­­tənini və dilini sevir, bu qisim əsər­ləri kamal-şövq və diq­qət­lə cəm edib qiy­mət­li sərmayə ki­mi sax­layır və balalarının ilk təlim və tər­­­bi­yə­si­ni onları öyrən­mək­­­­lə baş­la­yır.

Bu barədə qon­şu­la­rı­mız daha irəli gediblər. Türk millə­ti­nin əsr­lərcə ya­ra­dıb vücuda gətirdiyi nağıl və he­­­kayələri və xoş­­la­rı­na gəldiyi məsəlləri öz­lə­ri­nə məx­­­­­­­sus edib “erməni-nəql və mə­səlləri” adı ilə baş­qa­­­­­la­rına elan edirlər (Bax: Repressiya qurbanlarının maarifçilik ideyaları. Bakı: ADPU-nun nəşri, 2022, səh.244).

Monoqrafiyada göstərilir ki, Firidunbəy Köçərlinin belə acı­­nacaqlı bir ha­­­­­lın qarşısını almağa çalışmasına, həmçinin, xal­qın mə­nə­­­vi sər­vət­lərinin özünə qaytarılmasına cid­di cəhdinə, xalq pe­da­qo­gi­ka­sı­nın top­lan­­­­­ma­sı və nəşr etdi­ril­mə­si­ haykırışına repressiya qurbanları Hənəfi Zey­nallı, Se­yid Hüseyn, Sal­man Müm­­­­taz, Vəli Xuluflu, Hü­seyn Cavid, Yu­sif Vəzir Çə­mən­zə­min­li, Bəkir bəy Çobanzadə və başqala­rı səs­­­ vermiş, xalq pedaqogikası nümunələrini “vücudə gə­tir­məkdə cani könüldən çalışmışlar”.

Müəllif öz fikir və mülahizələrini yerli-yerində təqdim edir. Firidunbəyin həyəcan dolu çağırışına metodoloji dəqiqliklə professor Hənəfi Zeynallının yaradıcılığından nümunə gətirir. Göstərir ki, repressiya qurbanı Hənəfi Zeynallı 1926-cı ildə “Azər­bay­­­can atalar sözü”, “Azər­bay­­can el ədə­biy­ya­tı”, 1927-ci ildə “Azərbaycan el nəğmələri”, 1928-ci ildə “Azərbaycan tapma­ca­la­rı”, “Aşıq Pəri və müa­sirləri”, “Xalq ağız ədəbiy­ya­tı”, 1929-cu ildə “Azər­bay­can el ədəbiyyatı”, “Azərbaycan aşıq­­­la­rı haqqında bir ne­çə söz”, 1930-cu ildə “Azərbaycan aşıqları”, 1934-cü ildə “Azər­baycan folk­loru” kimi qiy­mətli məxəzlər hazırlayıb əziz xalqına təqdim etmişdir.

Elmi axtarışda olan Kamal Camalov Firidunbəy Köçərlinin, Hənəfi Zey­nallının, Seyid Hü­sey­­­nin, Sal­man Müm­­­­tazın, Vəli Xuluflunun, Yusif Vəzir Çə­mən­­­­­zə­min­linin, Bəkir bəy Çobanzadənin və başqa rep­res­si­ya qur­­­­­banlarının pedaqoji irsində xalq pe­da­qo­gi­kası mə­sələsinin təd­­qiqinə xüsusi yer ayırmışdır.

Çoxşaxəli və məhsuldar alim kimi Kamal Camalov elmi-nəzəri və praktik əhəmiyyəti ilə seçilən “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyasında repressiya qurbanlarının Azər­bay­­­ca­nın bü­­tün böl­gələrini qarış-qarış gəzərək zən­gin folk­lor nü­mu­­­nələrini, el nəğmələrini, mu­­si­qi əsər­­­lə­rini toplamasını, onu öz ya­­zı üslubları ilə qələmə almalarını, notaya köçürmələrini, unudulub bat­­masına və yaxud üzdəniraq ermənilər tərəfindən özünün­kü­ləş­­­dirilməsinə, mənimsənilməsinə qarşı çıxmalarını, istərsə də et­noq­­­­­rafik əhə­­miyyəti böyük olan milli-mənəvi abidələrimizi qo­­ruyub saxlamalarını təhlilə cəlb etməklə böyük uğura imza atmışdır.

Hesab edirəm ki, Kamal Camalovun həmişə təzə və təravətli qalacaq monoqrafiyası dok­to­­rant, dis­ser­tant, magistr, ümum­­­­­­­­­­­­­­­təh­­sil mək­təb müəl­­limləri və eləcə də geniş oxucu kütləsinin stolüstü kitabı olacaqdır.

Mən də pedaqogika elmləri doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Camalovu yeni işıq üzü görən “Repressiya qurbanlarının maarifçilik ideyaları” adlı monoqrafiyası münasibətilə təbrik edirəm, arzu edirəm ki, onun ulduzu elmi-pedaqoji səmada daim parlasın.

Həsən Bayramov,
Bakı Qızlar Universitetinin kafedra müdiri,
Pedaqogika elmləri doktoru, professor