Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilib.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümhuriyyətin 99-cu ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub, ikitərəfli əlaqələrdən bəhs edib, Naxçıvanda baş konsul kimi vəzifəsinin başa çatdığını diqqətə çatdırıb və bu müddət ərzində göstərilən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını, konsulluğun əməkdaşlarını və qardaş Türkiyə xalqını təbrik edib, rifah və tərəqqi arzulayıb.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib