Oktyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib.
“İki sahil” xəbər verir ki, respublikanın 76 şəhər və rayonunun təmsil olunduğu turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla 160 nəfər gənc iştirak edir. 10 qrupda təşkil olunan görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Şirvanda keçirilib.
Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək “play-off” mərhələsinə vəsiqə qazanıblar.
Prezident İlham Əliyev Kamboca Kralını Müstəqillik Günü münasibətilə təbrik edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib